Siğorta
İstirahəti mənalı keçirmək, il ərzində yığılan yorğunluğu tam çıxartmaq, mənfi enerjidən azad olmaq, səfəri maraqlı keçirmək hər birimizin səfər qabağı xəyallarında canlandırdığı bir arzudur. Bu zaman biz ilk növbədə təhlükəsizliyimiz haqda da düşünməliyik. Məhz “Start Travel” Şirkəti Sizin harada olmağınızdan asılı olmayaraq, bütün dünyada təhlükəsizliyinizi qoruyur və buna zəmanət verir.
Sığorta təminatı:
-
Azərbaycan respublikası sərhədlərindən kənara çıxan vətəndaşların bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclərinin sığortasi
-
Fərdi qəza sığortası
-
Xaricə səfər zamanı baqajin sığortası
-
Səfərin ləğv edilməsinin və ya tarixinin dəyişdirilməsinin sığortası
-
Hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi sığortası
-
Xarici pasportun və nəqliyyat sənədlərinin itirilməsi sığortası
Siz istənilən zaman günün 24 saatında xarici ölkələrdə fəaliyyət göstərən tanınmış asistant mərkəzi olan “StartAssistance”- a aşağıdakı əlaqə telefonu vasitəsilə zəng etməklə yardım ala və qayğı ilə əhatə oluna bilərsiniz.
Sizin arxayın səyahətiniz bizim təminatımız altındadır !
