top of page

AZƏRBAYCAN

Azərbaycan Haqqında

Bizim əcdadlarımızın ölkəsi sirli uzaq Çin ilə ziynət əşyalarına ehtiyacı olan zəngin Avropa arasında qızıl qapı rolunu oynayırdı. Ona görə də qədim İpək yolunun üstündəki zəncirin bu əsas  «aşırımına» belə diqqət yetirilirdi. Həmin zamanlarda əsas karvan yollarının salınması  təkcə qida və suyun olmasından asılı olmurdu.  Karvan yolları, bir qayda olaraq, elə ölkələrdən keçirdi ki,  orada səyahətçilər və tacirlər kifayət qədər yüksək mədəniyyət görmüş, müharibə və tayfalararası nifaq olmamış və  yerli əhali ticarət əlaqələrinə can atmış olsun.  Bütün bu keyfiyyətlər də Azərbaycan əhalisinə xas olan xüsusiyyətlərdir. Onun əməksevər, istedadlı sənətkarları isə xarici tacirlərə bir çox faydalı mallar təklif edə bilirdilər. Bunlara misal olaraq zərif ziynət əşyalarını, nəfəs və simli çalğı alətlərini, qiymətli silahları, dəbdəbəli, çox qiymətli xalçaları və əlbəttə yerli rəngarəng  ipək parçaları göstərmək olar. Bəs təbii sərvətlər? Tacirlər Avropaya buradan neft, qiymətli daşlar, duz, civə, zəy, yun, pambıq, mineral boyalar, farmakoloji dava-dərman və bir çox başqa şeylər aparırdılar. Yerli mis məmulatlar: qab-qacaq, şamdanlar, astronomiya cihazları böyük şöhrət qazanmışdı. Yeri gəlmişkən, təcrübəli ustaların ənənələri əsrlərdən keçib müasir dövrə qədər gəlib çıxmışdır – hal-hazırda Azərbaycanın dağ kəndi olan Lahıcda qədim sülalələrin sirlərindən istifadə etməklə  hələ də əntiqə miss əşyalar düzəldilməkdədir. Turistlər “oriental” səpgisində düzəldilmiş bu əşyaları həvəslə alırlar. Turistlərin çoxu əl işi olan xalçaları, naxışla işlənmiş kəmərləri, zərbafta ilə  işlənmiş malları, kələğayıları, taxta memarlıq nümunələrini, Azərbaycan rəssamının milli səpgidə çəkdiyi şəkilləri və i.a. almağı sərfəli alver hesab edirlər. Bütün bu incəsənət əsərləri xaricdə mütəxəssislər və zərif şərq ziynət əşyaları həvəskarları tərəfindən yüksək qiymətləndirilir.
Hal-hazırda respublika TRASEKA proqramı çərçivəsində qədim ticarət əlaqələrini  canlandırmaqla Çini Fransa ilə birləşdirmək üçün tarixi transkontinental Böyük İpək Yolu marşrutunu bərpa etmək layihəsində iştirak edir.

Çapa 1

Azərbaycanın Coğrafiyası

Azərbaycan Zaqafqaziya regionunun cənub-şərqində, Asiyanın qərbində yerləşir. Azərbaycan şimaldan – Rusiya ilə, şimal-qərbdən – Gürcüstan ilə, cənubdan – İranla, qərbdən – Ermənistan ilə, uzaq cənub-qərbdən Türkiyə ilə  həmsərhəddir. Şərqdə Xəzər dənizi ilə əhatə olunmuşdur. Ərazisinin sahəsi – 86,6 min kv. km-dir. Qitə hissəsindən savayı onun sahəsinə Xəzər dənizində olan bir neçə kiçik  adalar da daxildir (Bakı və  Abşeron arxipelağı).

Azərbaycanın ərazisində relyefin bütün növlərini: həm dağları, həm ovalıqları, həm düzənlikləri, həm də  çökəklikləri görmək olar. Azərbaycanın demək olar, yarısını dağlar tutmuşdur: şimalda Böyük Qafqaz sıra dağları, cənub-qərbdə Kiçik Qafqaz sıra dağları ucalır. Ölkənin ən yüksək  nöqtəsi – Baş və ya Suayrıcı sıra dağlarında yerləşən Bazardüzü (4 466 m) dağıdır. Ölkənin mərkəzi hissəsində Kür-Araz ovalığı, cənub-şərqində isə – Lənkəran ovalığı yerləşir.

Ölkədə yerin təkində neft, dəmir filizi, əlvan metal  ehtiyatları vardır. Azərbaycanın dağları sıx meşələrlə örtülüdür. Azərbaycan torpağının əsil bəzəyi onun dağ gölləridir. Batabat, Migel, Maralgöl, Göygöl kimi göllər özünəməxsus bənzərsiz gözəlliyə malikdir. 1000-ə yaxın mineral qaynaqlar aşkar edilmişdir, onlardan ən məşhurları – Badamlı, İstisu, Sirabdır.

Azərbaycanın fauna və florası da zəngin və müxtəlifdir.  Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u respublikada müşahidə olunur.

Azərbaycanın İqlimi

Çapa 1

Ölkə hüdudlarında iqlimin 9 növünə, quru və rütubətli subtropik iqlimdən tutmuş dağ tundra (yüksək dağlıq) iqliminə qədər  rast gəlinir.Orta illik temperatur ovalıqlarda +15° S-dən dağlarda 0° S –dək dəyişir. İyul ayında orta temperatur ovalıqlarda  +26° S-dən (ən çoxu +32-35 °C, lakin bəzən +40 °C-dək çatır) dağlarda +5° S-dək, yanvar ayında orta temperatur müvafiq olaraq +3° C-dən +10° C-dək olur. 
Yay quru keçir. Payızda və yazda yağışlar yağır. İllik  yağıntı Abşeronda 200 mm-dən Lənkəran ovalığında 1200-1700 mm-dək olur. Əsasən payızda çox vaxt güclü şimal küləkləri əsir.

Çapa 1

© 2016 by Start Travel

Proudly created with SMM

Bakı - Bül-Bül

Prospekti 79/B

office@starttravel.az

  • White Facebook Icon
  • Instagram - White Circle

Mesajınız müvəffəqiyyətlə göndərildi

bottom of page